İQTİSADİYYAT


Azərbaycanı dirçəldən layihə: Əsrin müqaviləsi

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın siyasi və iqtisadi həyatında bir çox dəyişikliklərə başlanıldı. Ölkəni parçalanma fəlakətindən xilas edən Ümumilli Lider Heydər Əliyev Azərbaycanın iqtisadi yüksəlişi üçün bir sıra tədbirlər görməyə başladı. Yeni müstəqil olan, inflyasiyanın pik həddə çatdığı bir vaxtda ölkəni bu vəziyyətdən çıxaracaq çox əhəmiyyətli bir addım atılmalıydı. Ulu öndər belə bir vaxtda çıxış yolunu neft strategiyasında gördü. Beləliklə, 1994-cü ildə Azərbaycanı dirçəldən bir layihəyə başlanıldı. "Əsrin müqaviləsi" kimi tarixə düşən bu layihə Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli imzalanan müqaviləydi.