CƏMİYYƏT
Suqovuşana və Talışa rəssamların ilk dəfə infoturu təşkil olunub
19.09.2024 [11:01]
Xəbərin mətni
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə rəssamlardan ibarət yaradıcı qrup üçün Ağdərə rayonunun Suqovuşan qəsəbəsinə və Taliş kəndinə ilk dəfə infotur təşkil edilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə rayonda aparılan bərpa-quruculuq işləri, yerli əhalinin doğma yurda geri qayıdışı ilə bağlı həyata keçirilən tədbirlər haqqında infotur iştirakçılarına ətraflı məlumat verilib. Suqovuşan qəsəbəsində rəssamlara bu yerlərin füsunkar təbiəti ilə yerində tanış olmaq, əsrarəngiz mənzərələri əyani şəkildə görmək imkanı yaradılıb.