CƏMİYYƏT
Aparat rəhbəri: 2024-cü ildə “ADEX” və “Securex Caspian” sərgiləri müdafiə sənayesi sahəsinə həsr olunmuş ən nəhəng tədbirlər sırasındadır
2024-cü ildə “ADEX” və “Securex Caspian” sərgiləri müdafiə sənayesi sahəsinə həsr olunmuş ən nəhəng tədbirlər sırasındadır. Sentyabrın 24-26-da Bakı Ekspo Mərkəzində keçiriləcək bu sərgilər ölkəmizin müdafiə sənayesi potensialını nümayiş etdirir. Bu tədbirlər hərbi-texniki sahədə yerli və xarici ekspertlər arasında konstruktiv ünsiyyətin qurulmasına, təcrübə mübadiləsinə və səmərəli əlaqələrin yaradılmasına şərait yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Samir Ağabalayev sentyabrın 19-da “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.