İQTİSADİYYAT


Bakıda Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu keçirilib

Forumda Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının sədri Nuriyyə Novruzova açılış nitqi ilə çıxış edib.
Onun sözlərinə görə, dünyada ətraf mühitin çirklənməsi, təbii ehtiyatların azalması fonunda dayanıqlıq, inkişafa nail olmaq üçün yaşıl iqtisadiyyata töhfə istiqamətində tədbirlər davam edir: “Bugünkü forum çərçivəsində xarici ölkələrin mühasibat və audit sahəsində fəaliyyət göstərən qurumlarla bağlanacaq əməkdaşlıq memorandumları gələcəkdə əlaqələrin davam etdirilməsi üçün zəmin yaradacaq”.