İQTİSADİYYAT


Bu şəxslərin ipoteka kreditinin bir hissəsi dövlət tərəfindən ödəniləcək

Azərbaycanda hərbçilərə qayğı və dəstək göstərilməsi dövlətin hər zaman diqqət mərkəzindədir. Xidmətdə olan hərbçilərə növbəti dövlət dəstəyi ipoteka kreditləri ilə bağlıdır. Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən hərbçilərimizə verilən ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi veriləcək. İqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, bu ipoteka kreditlərində ilkin ödəniş məbləğinin 15 faizi, aylıq ödənişin isə 50 faizə qədəri dövlət tərəfindən qarşılanacaq.