“Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi yekunlaşıb
19.09.2024 [20:02]
Xəbərin mətni
Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlılarının iştirakı ilə Qazaxıstanda keçirilən “Sonsuz qardaşlıq - III” çoxmillətli təlimi başa çatıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dörd yüz nəfərdən çox heyət üzvünün iştirak etdiyi təlimin bağlanış mərasimi Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda keçirilib.