RƏSMİ


Prezident İlham Əliyev Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam rayonunun Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına kənddə görülən işlər barədə məlumat verildi.
İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da quruculuq işləri geniş vüsət alıb. Quruculuq işlərinin davam etdiyi yerlərdən biri də rayonun Kəngərli kəndidir. Kəndin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.