CƏMİYYƏT


“Suraxanı Oyl” Əməliyyat Şirkətinin neft çıxarmada rolu

"Suraxanı" və “Qaraçuxur” yataqları...2006-cı ildən etibarən “Suraxanı Oyl” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən istismar olunur. Neft sənayəsinin inkişafında Suraxanı neft yataqlarının rolu böyükdür. Artıq 1900-cü illərdən bu ərazilərdə quyular qazılmağa başlamışdı. Dünyada ilk dəfə sənayə üsulu ilə neft yatağının istismarı və birinci çox güclü neft fontanı 1901-ci Suraxanı yataqlarında baş verib. Həmin quyudan gündəlik neft hasilatı 35 min ton olub.