İQTİSADİYYAT


Azərbaycanın iqtisadi həyatına yaşıl işıq: “Əsrin müqaviləsi”

1994-cü il...Azərbaycana qarşı ümidlərin yox dərəcəsində olduğu, dünya investorlarının ölkəmizi yatırım üçün riskli hesab etdiyi zamanlar... Həmin vaxt hakimiyyətə qayıdan Ümumilli Lider Heydər Əliyev iqtisadiyyatımızı və bütövlükdə dövləti çətin vəziyyətdən çıxaracaq bir addım atdı – “Əsrin müqaviləsi” imzalandı. Azərbaycandan başqa bir neçə böyük dövlətin və dünyanın nüfuzlu neft şirkətlərinin də qoşulduğu bu müqavilə "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında layihəydir. Bu, eyni zamanda Azərbaycanın dövlətçiliyi üçün tarixi əhəmiyyəti olan hadisə oldu.