İQTİSADİYYAT


Vaşinqtonda Azərbaycanda ABŞ şirkətləri üçün investisiya imkanlarına həsr olunmuş görüş keçirilib

Azərbaycanın ABŞ-dakı səfirliyi, Vaşinqton Hökumətlərarası Peşəkar Qrupu və Dünya Ticarət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan-ABŞ əlaqələrindəki son yeniliklər, ölkəmizdə yaradılmış investisiya mühiti və respublikamızda Amerika şirkətləri üçün fürsətlərə həsr olunmuş görüş keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə adıçəkilən qurumların nümayəndələri ilə yanaşı, amerikalı biznes təmsilçiləri, ekspertlər iştirak edib. Tədbirin moderatoru - Vaşinqton Hökumətlərarası Peşəkar Qrupun prezidenti Nelson Qarsiya iki ölkə arasında əlaqələrin inkişaf etdiyini bildirib, belə tədbirlərin əməkdaşlığın dərinləşməsində rolunu vurğulayıb.