CƏMİYYƏT


Birinci Qarabağ müharibəsi şəhidinin nəşinin qalıqları Gədəbəydə dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra kimliyi müəyyən edilən şəhid Bilal Qəhrəman oğlu Qəhrəmanov dəfn olunub. Ailəsinin yaşadığı ünvanda - Gədəbəy rayonunun Qızılqaya kəndində şəhidlə vida mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, mərasimdə rayon rəhbərliyi, kənd sakinləri, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid Bilal Qəhrəmanov Gədəbəy Şəhidlər xiyabanında dəfn olunub. Üçrəngli Azərbaycan bayrağı şəhidin qardaşına təqdim edilib, yaylım atəşi açılıb.