CƏMİYYƏT


Yeni yaradılan müəssisələr tərəfindən Ağdam Sənaye Parkına 35 milyon manatdan çox investisiya yatırılıb

Ötən gün dövlət başçısının iştirakı ilə Ağdam Sənaye Parkında 6 sənaye müəssisəsinin açılış mərasimi baş tutdu. Yeni açılışı olan müəssisələr Sənaye Parkında elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının, dam və fasad örtüklərinin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlarının, divar kağızlarının, müxtəlif növ ayaqqabıların, avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı ilə məşğul olacaq. Bu 6 müəssisənin açılışı ilə ölkənin sənaye zonalarında fəaliyyət göstərən müəssisələrin sayı ümumilikdə 79-a çatdı.