SİYASƏT


Rusiyanın nümayəndə heyəti Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüşdə" iştirak etmək məqsədilə Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Baş Hərbi Polis İdarəsi rəisinin müavini general-mayor Kox Vitaliyin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qonaqlar əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzərək xatirələrinə ehtiram nümayiş etdiriblər.