CƏMİYYƏT
Şuşada Bayraq Meydanının açılışı hər bir Azərbaycan vətəndaşında iftixar və qürur hissi yaradıb
Xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən üçrəngli, ay-ulduzlu Bayrağımız milli qürurumuzdur. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır. Sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Qarabağın baş tacı Şuşa şəhərində Bayraq Meydanının açılışının olması hər bir Azərbaycan vətəndaşında iftixar və qürur hissi yaradıb.
Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin əməkdaşı Müslüm İmranlı AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Şuşa şəhərində Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılıb.