Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəlilabadda şəhid Ramazan Hüseynzadənin adına küçə verilib

22.09.2024 [18:16]

Xəbərin mətni

Cəlilabad rayonunun Muğan kəndində şəhid Ramazan Hüseynzadənin xatirəsini əbədiləşdirmək üçün adına küçə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin anım günündə bununla bağlı tədbir keçirilib.

Mərasimdə şəhidin ailə üzvləri, rayon rəsmiləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.