Qaradağda satış məqsədi ilə narkotiklər əldə edən Bakı sakini saxlanılıb
23.09.2024 [10:10]
Xəbərin mətni
Daxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, idarə əməkdaşları xidməti əraziyə daxil olan Xəzər dənizinin Qaradağ rayonunda yerləşən sahilində satış məqsədi ilə narkotikləri əldə edən Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Vüqar Əliyevi saxlayıblar. Ondan külli miqdarda psixotrop maddə olan metamfetamin, heroin, tramadol və 51 ədəd digər növdən olan təsiredici həb götürülüb.