İQTİSADİYYAT


Çin-Avropa yük qatarlarının sayı 12 faiz artıb

Çindən Avropaya və əksinə istiqamətdə hərəkət edən yük qatarlarının sayı yanvar-avqust ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 13 mini ötüb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Çin Dövlət Dəmir Yolu Qrupu” açıqlama yayıb. İlin 8 ayında Çin-Avropa istiqamətində yük qatarları ilə 1,4 milyon TEU ekvivalentində yük daşınıb ki, bu göstərici üzrə artım 11 faiz təşkil edib.