8 Noyabr prospektində asfaltlanma işləri yekunlaşır
24.09.2024 [16:05]
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 8 Noyabr prospektində aparılan asfaltlanma işləri yekunlaşmaq üzrədir.
Hazırda əsaslı təmir işləri prospektin şəhər mərkəzi istiqamətində 7-ci dairəvi küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində aparılır.
Sözügedən ərazilərdə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Aparılan işlərin yaxın günlərdə yekunlaşdırılması planlaşdırılır.