İQTİSADİYYAT


Nazir: COP29-un Azərbaycanda aqrar siyasətin qabaqcıl beynəlxalq təcrübələrə uyğunlaşdırılmasında mühüm rolu olacaq

Azərbaycan 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarını 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını, elektrik enerjisi istehsalında isə bərpaolunan enerji mənbələrinin payını 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Avropa və Mərkəzi Asiya ölkələrinin aqro-ərzaq sektorunda iqlim tədbirlərinin gücləndirilməsi” mövzusunda keçirilən Regional İqlim Konfransında bildirib.
Nazir qeyd edib ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub.