İQTİSADİYYAT


Azərbaycan Turizm Bürosu və “Azərbaycan Hava Yolları” Çinin ən iri onlayn səyahət platforması ilə memorandum imzalayıb

Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosunun Pekində təşkil etdiyi tədbirdə büro, “Azərbaycan Hava Yolları" QSC və Çinin ən iri onlayn səyahət platformalarından olan “Trip.com” arasında tərəfdaşlığa dair üçtərəfli memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumun imzalanmasında məqsəd Çin bazarına yönəlmiş turizm məhsullarının ortaq əməkdaşlıqla inkişaf etdirilməsi və Azərbaycana səfər edən Çin vətəndaşlarının sayını artırmaq üçün Azərbaycan turizm məhsullarının təşviqidir.