İQTİSADİYYAT


Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin II iqtisadi forumu keçirilib

Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrinin 2-ci iqtisadi forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, forum İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə təşkil edilib.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev bildirib ki, 2017-ci ildə ilk dəfə Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrinin 1-ci iqtisadi forumu keçirilib.