Azərbaycan Dövlət İnformasiya Agentliyi

Londonda “Qarabağ” həyəcanı – “Tottenhem Hotspur” stadionunda möhtəşəm qarşılaşma atmosferi

26.09.2024 [23:51]

Xəbərin mətni

Bu gün futbol həvəskarları üçün tarixi bir gün olaraq yadda qalacaq. UEFA Avropa Liqasının əsas mərhələsində Azərbaycanın qüruru olan "Qarabağ" klubu İngiltərənin tanınmış komandası olan "Tottenhem" ilə üz-üzə gəlir. Londonda baş tutacaq bu qarşılaşma böyük maraq doğurub və minlərlə azərbaycanlı azarkeş yarışı izləmək üçün stadiona axışır.