SİYASƏT


27 Sentyabr - Böyük qələbənin başlanğıcı

"Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb."
Bu, 30 il ərzində torpaqları işğal altında olan və səbri tükənmiş xalqa Azərbaycan Prezidentinin əks-hücum əməliyyatının başlandığını elan etməsi idi. Prezident 2020-ci il sentyabrın 27-də xalqa ilk müraciətində hər kəsi qələbəyə köklədi.