Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

44 günlük şanlı tarixin başlandığı gün

27.09.2024 [19:00]

Həmin gündən sarsılmaz birliyimiz başladı, güc və iradəmiz bir cəbhədə yumruq kimi birləşdi. Heç nədən və heç kəsdən qorxmurduq. Bu cəsarətin arxasında isə güclü lider və yenilməz ordu dayanırdı. Səbri tükənən xalq əks-hücuma keçən ordumuza inanır, Ali Baş Komandanın hər əmrinə hazır vəziyyətdə idi.