MƏDƏNİYYƏT


Heydər Əliyev Fondunun dəstəyi ilə faşizm üzərində qələbəyə həsr olunan “Hədəf Bakıdır” filmi istehsal edilib

Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal olunan “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin mayın 4-də təqdimat mərasimi keçiriləcək. İlk nümayiş Heydər Əliyev Mərkəzində təşkil olunacaq faşizm üzərində qələbənin 70 illik yubileyinə həsr olunan filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Lui Vodevil (Louis Vaudeville), rejissoru Robert Maqnerotdur (Robert Mugnerot). Filmin süjet xətti Azərbaycan xalqının faşizm üzərində qələbədəki rolundan, eləcə də Azərbaycan neftinin müharibə illərində strateji əhəmiyyətindən bəhs edir.