CƏMİYYƏT
Sahələrdən şəkər çuğundurunun yığımına başlanılıb
30.09.2024 [13:34]
Xəbərin mətni
Son illər ölkəmizdə şəkər çuğundurunun əkin sahələri genişləndirilir. Bu il də ötən ilə nisbətən daha çox sahədə əkin aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda sahələrdə şəkər çuğundurunun yığımı davam edir. Yığımın optimal müddətdə və itkisiz aparılması üçün müasir texnikalardan da istifadə olunur.