İQTİSADİYYAT


“İstisu” mineral su zavodunda istehsal olunan su keyfiyyəti və müasir standartlara cavab verməsi ilə seçilir

“İstisu” mineral su zavodu uzun illər Kəlbəcərin müstəsna keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan eyniadlı suyu 30 illik müddətdən sonra yenidən istehlakçılara təqdim edir.
AZƏRTAC-ın bölgə müxbiri “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olub.
Zavod müasir avtomatlaşdırılmış sudoldurma xətləri və robotlaşdırılmış anbar idarəetmə sistemləri ilə təchiz edilib. İstehsal xətləri Almaniyanın “Krones” şirkəti tərəfindən təchiz olunub. Ən son texnologiyaların tətbiqi nəticəsində zavodda yüksəkkeyfiyyətli mineral su istehsal edilməklə yanaşı, suyun təbii xüsusiyyətləri də qorunub saxlanılıb. “İstisu” zavodunun illik istehsal gücü 100 milyon şüşə butulkadan çoxdur.