M2 magistralın 130 km-lik hissəsinin genişləndirilməsi işləri yekunlaşdırılır
30.09.2024 [16:53]
“Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilərək yekunlaşdırılır.
Layihəyə əsasən torpaq yatağının ümumi eni 27.5 metrdir. Yol hər birinin eni 3.75 metr olmaqla 4 hərəkət zolağından ibarətdir.