SİYASƏT


44 günün 4-cü günündə yaşananlar

30 sentyabr 2020-ci il, haqq savaşımızın 4-cü günü. Ordumuz qətiyyətli əks-hücum əməliyyatlarını davam etdirirdi. Bu günə qədər düşmənin ümumilikdə 2300-dən çox canlı qüvvəsi 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dən çox hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 50-dən artıq tank əleyhinə vasitələr, 55-dən çox avtomobil texnikası məhv edilib. Təkcə sentyabrın 30-da isə Ermənistan ordusunun 8 ədəd “Qrad” yaylım atəşli reaktiv sistemi darmadağın olunub.