Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İƏT-in Komissiya katibliyinin rəhbəri: Ermənistan beynəlxalq prinsiplərə və hüquqlara zidd hərəkətlər törədib

02.10.2024 [17:28]

Xəbərin mətni

Azərbaycana yenidən səfər etməkdən qürur duyuram. 2023-cü ildə bura faktaraşdırıcı missiyanın tərkibində gəlmişəm. Biz işğaldan azad edilmiş ərazilərdə olduq və hesabat hazırladıq. Bu hesabatda Ermənistan tərəfindən Azərbaycan vətəndaşlarının hüquqlarının pozulduğu, ekosid törətdiyi də qeyd edilib. Bu, Ermənistan tərəfindən beynəlxalq prinsiplərə və hüquqlara zidd olan hərəkətdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri oktyabrın 2-də keçirilən Ombudsmanların Beynəlxalq Bakı Forumunda İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) katibliyinin icraçı direktoru Nura Zaid Alrşoud səsləndirib.