44 günlük dastanın 6-cı günü nələr yaşandı?
02.10.2024 [18:30]
Artıq müharibə 6 gündür davam edirdi. Həyacan və qürurla cəbhədən gələn xəbərləri gözləyirdik. Rəşadətli ordumuz düşmənə ağır zərbələr endirirdi. Müdafiə Nazirliyi 2 oktyabra olan məlumatları diqqətə çatdırdı. Ağdərə istiqamətində Madagiz ətrafındakı strateji yüksəkliklər azad olunub. Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız erməni silahlı birləşmələrinin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib. Ordumuz Murov dağı istiqamətində də əməliyyat şəraitini tam nəzarətə götürüb. Döyüşlərin gedişində düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda canlı qüvvəsi məhv edilib. Həmçinin gün sonuna doğru Müdafiə Nazirliyi düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsinə dair görüntülər paylaşdı.