MƏDƏNİYYƏT


Bölgə turizmində yeni layihə: “Turistik kənd”

Bölgələrdə, əsasən də dağlıq kəndlərdə turizmin inkişafı və orda yaşayan əhalinin rifahının daha da yaxşılaşdırılmasına istiqamətlənən yeni layihəyə start verilib. Dövlət Turizm Agentliyi və Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı ilə ərsəyə gələn layihə "Turistik kənd" adlanır. Dövlət Turizm Agentliyinin şöbə müdiri Elgün Cavadovun sözlərinə görə, sözügedən layihənin hazırlıq mərhələsində Agentliyin əməkdaşları tərəfindən müxtəlif turizm yönümlü kəndləri müəyyən edilərək, həmin ərazilərə səfərlər edilib.