Azərbaycan Dövlət İnformasiya Agentliyi

Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti ilə “AgroDairy” şirkəti arasında memorandum imzalanıb

02.10.2024 [22:14]

Xəbərin mətni

Azərbaycanda səfərdə olan Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti (MATE) ilə “AgroDairy” şirkəti arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sənədi MATE-nin rektoru Çaba Gurica ilə “AgroDairy” şirkətinin bitkiçilik istiqaməti üzrə icraçı direktoru Ramil Məmmədov imzalayıblar.