Bakıda MDB ölkələrinin Hökumətlərarası Feldyeger Rabitəsinin Koordinasiya Şurasının 38-ci iclası keçirilib
03.10.2024 [10:28]
Xəbərin mətni
Bakıda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin sədrliyi ilə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Hökumətlərarası Feldyeger Rabitəsinin Koordinasiya Şurasının 38-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda MDB üzv dövlətlərinin feldyeger rabitəsi xidmətləri üzrə nümayəndə heyətləri iştirak edib.