Suqovuşanın azad edilməsindən 4 il ötür
03.10.2024 [18:32]
Vətən müharibəsinin 7-cı günü. 4 il öncə 3 oktyabr növbəti döyüş günlərindən biri idi. Ordumuz düşməni geri çəkilməyə məcbur edirdi. Növbəti qələbə xəbəri özünü çox gözlətmədi. Ali baş komandan öz rəsmi "Twitter" hesabından Madagizin azad edilməsi xəbəri ilə bizləri sevindirdi. Növbəti paylaşımında isə Suqovuşanın tarixi adının bərpa edildiyi xəbərini verdi. Prezident İlham Əliyev həmçinin Tərtər rayonunun Talış, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndlərinin də işğaldan azad edilməsi xəbəri ilə Azərbaycan xalqını sevindirdi.