Vətən müharibəsinin ilk böyük qələbəsi: Cəbrayıl şəhəri
04.10.2024 [18:54]
4 oktyabr 2020-ci il, Vətən müharibəsinin 8-ci günü… Azərbaycan Ordusu ilk böyük qələbəsini Cəbrayıl şəhərini işğaldan azad etməklə qazandı. Sözsüz ki, bu tarixə qədər bir neçə kənd və ərazilər azad olunmuşdu. Amma Prezident İlham Əliyevin də dediyi kimi, Böyük Qayıdış Cocuq Mərcanlı ilə başlayıb və Vətən müharibəsindəki ilk ciddi uğur Cəbrayıl şəhəri ilə bağlıdır. Araz çayının sahilində qərar tutan Cəbrayıl rayonunun azad edilməsi ilə 130 kilometr Azərbaycan-İran sərhədi işğalçılardan təmizləndi.