Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Heydər Əliyev Mərkəzində “Tağıyev: Neft” bədii filminin premyerası olub

05.10.2024 [12:41]

Xəbərin mətni

Oktyabrın 4-də Heydər Əliyev Mərkəzində böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Tağıyev: Neft” bədii filminin premyerası olub.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində layihənin rəhbəri və prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, Heydər Əliyev və Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.