4 il öncə 5 oktyabrda yaşananlar
05.10.2024 [16:05]
Haqq mübarizəmizin 9-cu günü. Ermənistan ordusu yenə öz vəhşiliyini davam etdirirdi. Azərbaycan ordusunun qarşısında aciz qalan düşmən dinc əhalini hədəf alır, müharibə cinayətlərini davam etdirirdilər. Ağcabədi, Bərdə, Mingəçevir, Ağcabədi artileriya atəşinə tutuldu. Lakin qanunsuzluqlar bununla da bitmədi. Gəncə şəhəri növbəti dəfə raket atəşinə məruz qaldı, raket şəhərin mərkəzinə yaxın ərazidə olan bazar meydanına düşdü. Xoşbəxtlikdən hadisə nəticəsində həyatını itirən olmasa da 3 nəfər yaralandı, onlarla obyektə ciddi ziyan dəydi.