SİYASƏT


MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Qazaxıstanda keçiriləcək

Oktyabrın 8-də Moskvada keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasında Laçın şəhərinin Birlik ölkələrinin mədəniyyət mərkəzi elan olunması məsələsi müzakirə ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına dair çıxışında bildirib. Oktyabrın 7-də Moskvada keçirilən iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edib. Nazir tədbirdə çıxış edərək Azərbaycanda keçiriləcək COP29 tədbirinə hazırlıq barədə iclas iştirakçılarına məlumat verib.