Ruben Vardanyanla bağlı Qərbin PR maşını yenidən işə düşüb
07.10.2024 [21:03]
Xəbərin mətni
Erməniəslli oliqarx, Qarabağdakı separatçı rejimdə “dövlət naziri” olmuş Ruben Vardanyanın həbsindən bir il ötməsi ilə əlaqədar ABŞ-da və Qərbdə ona işləyən PR maşınları yenidən işə düşüb.
AZƏRTAC xəbər verir ki, artıq uzun müddətdir Ruben Vardanyanla sıx əlaqələrə malik ABŞ-ın “Edelman” PR şirkəti onun azad olunmasını tələb edən kampaniyanı aktiv şəkildə davam etdirərək yeni bəyanat yayıb.