Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müşfiq Ələsgərli: ABŞ və digər Qərb dövlətləri son vaxtlar öz siyasətlərində açıq zorakı metodlara keçiblər

07.10.2024 [22:00]

Xəbərin mətni

Dünyanın qlobal gücləri hər hansı regionda özlərinin ekspansiya siyasətini yaradanda onu ideoloji baxımdan əsaslandırırlar. Onlar Cənubi Qafqaza gəlişlərində də müəyyən aldadıcı metodlardan istifadə ediblər. Onlar buraya sülh, demokratiya, insan haqlarının müdafiəçisi adları altında gəliblər. Amma mən Milli Məclisin deputatlarının müraciətini haqlı sayıram. Son vaxtlar ABŞ və digər Qərbi Avropa dövlətlərinin ekspansiya siyasətində qəribə dəyişiklik yaranıb. Onlar artıq sanki o pərdələməni bir tərəfə atıblar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasında çıxışı zamanı Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI