Zəfər tariximizin şanlı günləri davam edirdi
08.10.2024 [18:26]
Artıq 12 gündür haqq savaşımız döyüş meydanında davam edirdi. Lakin düşmən dinc əhalini hədəf almağa davam edirdi. 8 oktyabr 2020-ci il Goronboy, Tərtər, Ağdam rayonlarının bir sıra kəndləri, səhəri atəş və artileriya atəşi ilə açdı. Ağcabədi və Bərdə rayonuna atılan raket atəşindən bir çox insan həyatını itirdi, onlarla insan yaralandı.