Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

FHN-in amfibiya təyyarəsi İzmir-Aliağada yanğınsöndürmə işləri həyata keçirib

09.10.2024 [12:24]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib. Əməliyyat çərçivəsində təyyarə ötən gün İzmir-Aliağa istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunaraq yanğınsöndürmə işlərini həyata keçirib.