SİYASƏT


4 il öncə 9 oktyabrda baş verənlər: Hadrutun azadlığı

Vətən müharibəsinin 13-cü günü... Azərbaycan Ordusunun bölmələri cəbhənin mühüm istiqamətlərində düşmənə zərbələri endirərək onun hərəkət fəaliyyətini tam məhdudlaşdırıb və aktivliyinin qarşısını qətiyyətlə alırdı. Nəticədə, ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası məhv edildi, 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirildi.