MƏDƏNİYYƏT


Dövlət Turizm Agentliyi Xınalıq kəndinə mediatur təşkil edib

Oktyabrın 9-da Dövlət Turizm Agentliyi (DTA) “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna mediatur təşkil edib.
AZƏRTAC xəbər verir ki, “Xınalıq UNESCO-da 1 il” mövzusuna həsr olunmuş turda 40-dan çox media təmsilçisi iştirak edib. Mediaturda Xınalıq və Köç yolu mədəni landşaftının Ümumdünya irsi elan olunduqdan sonrakı bir il ərzində görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, artıq "Xınalıq və Köç yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda strukturlaşdırma işləri tamamlanıb. Həmçinin UNESCO Dünya İrs Komitəsinin qaydaları əsasında bərpa-konservasiya sahəsinə dair vacib sənədlər hazırlanıb, qoruqla bağlı məlumat bazasının yaradılması üzrə işlərə başlanılıb.