CƏMİYYƏT


Valideyn, dost və qonşu itkisi – Erməni terrorunun şahidləri danışır

2020-ci il oktyabrın 11-də gecə saat 2 radələrində Gəncə şəhəri 4-cü dəfə xain düşmənin raket hücumuna məruz qaldı. Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun gücü qarşısında aciz qalan Ermənistan silahlı qüvvələri uğursuzluqlarını ört-basdır etmək niyyəti ilə yenə dinc sakinləri hədəf aldı. Şəhərdə “Qələbə” parkının yaxınlığındakı çoxmənzilli yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 10 nəfər həlak oldu, 34 nəfər yaralandı. Onların arasında qadın və uşaqlar da vardı. Neçə-neçə ailənin bağrına köz basıldı, taleyinə kədər yazıldı.