Vətən müharibəsinin 15-ci günü, Ermənistanın növbəti teror aktı
11.10.2024 [19:02]
11 oktyabr 2020-ci il Azərbaycan ordusunun gücü qarşısında aciz qalan düşmən müharibə cinayətlərini davam etdirirdi. Artıq 15 gündür yaşayış məntəqələrimiz ağır artileriya atəşinə tutulurdu. Məqsəd qələbəyə olan inamımızı sındırmaq idi. Oktyabrın 4-ü, 5-i və 8-i raket atəşinə tutulan Gəncə şəhərinin əhalisi bu gecə də partlayış səsinə oyandı. Düşmənin növbəti mənfur hücumunu nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak oldu. 6-sı uşaq olmaqla 56 nəfər yaralandı.