AZƏRTAC XƏBƏR VERİR: Qazaxda tələbələrin dönərdən zəhərlənməsi ilə bağlı araşdırmalar başlayıb
11.10.2024 [19:06]
Qazaxda zəhərləndiyi ehtimal edilən 18 tələbə xəstəxanaya yerləşdirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, oktyabrın 10-da saat 19 radələrində Bakı Dövlət Universitetinin Qazax filialının bufetində yedikləri dönərdən zəhərləndiyi ehtimal edilən tələbələr xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.