Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniya millisinin sabiq üzvü: Azərbaycanlı uşaqlara futbolun sirlərini öyrətmək istəyirəm

11.10.2024 [20:25]

"Səmimi qarşılanmaya görə Azərbaycan xalqına təşəkkür edirəm".

AZƏRTAC xəbər verir ki, Azərbaycana səfəri çərçivəsində “Qarabağ”ın qonağı olan Almaniya millisinin və İspaniya "Real Madrid"inin sabiq futbolçusu Mesut Özil deyib.

O, ölkəmizə səfərinin futbol layihəsi ilə bağlı olduğunu bildirib: "İstanbul şəhərində mənim adıma futbol akademiyası açılacaq. Həmin məktəbdə azərbaycanlı oyunçuların da olmasını istəyirəm. Əsas məqsədim Azərbaycan və Türkiyədə olan uşaqlara futbolun sirlərini öyrətməkdir. İnanıram ki, bunu bacaracağıq".