Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanın hədə-qorxusu onların ağır məğlubiyyəti ilə nəticələndi

12.10.2024 [17:18]

Ermənistan elə hesab edirdi ki, işğal əbədi davam edəcək. Halbuki getdikcə güclənən Azərbaycanın Cənubi Qafqazın siyasi və iqtisadi nöqteyi-nəzərdən aparıcı dövlət olduğunu diqqətdən qaçırırdılar. Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Orxan Vəliyevin sözlərinə görə, Ermənistan İkinci Qarabağ müharibəsindən əvvəl də, müharibə dövründə də siyasi spekuliyasiyalara əl atırdı. Politoloq İlqar Vəlizadə isə deyir ki, Ermənistan heç də öz xoşu ilə yeni reallıqları qəbul etmir.